11 İyun 2014 10:01
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri üçün istehsal olunan Hücum və Taktiki Kəşfiyyat Helikopteri (ATAK) Hərbi Hava Qüvvələri Komandanlığında ilk dəfə olaraq təqdim olunub.

Türkiyənin milli istehsalı olan T-129 ATAK Baş nazir Rəcəb Tayyib Ərdoğan, Prezident Abdullah Gül və TBMM sədri Cəmil Çiçəkin də qatıldığı mərasim zamanı Türkiyə Silahlı Qüvvələrinə təqdim olunub.


Baş nazir çıxışı zamanı helikopterin ölkə, millət və Türkiyə Silahlı Qüvvələri üçün xeyirli olmasını arzulayıb.


Ərdoğan ATAK Helikopter layihəsi çərçivəsində istehsal olunacaq 59 helikopterdən 3-nün Silahlı Qüvvələrin bazasına verildiyini söyləyib.


Qeyd edək ki, ATAK yaxın hava dəstəyi üçün 76 ədəd idarəolunmayan raket və 20 millimetrlik topla təchiz olunub. Bundan başqa helikopterdə 8 ədəd tank əleyhinə idarəolunan raket və 2 stinger quraşdırılıb.


Helikopterin ilk sınaq uçuşu 2011-ci ilin avqustunda keçirilmişdi./axar/


Müəllif: