Səudiyyə Ərəbistanı Suriyada hərbi yerüstü əməliyyatlara başlayacağı təqdirdə, Türkiyə də bu əməliyyatlarda iştirak imkanını istisna etmir.
Trend-in "Yeni Şafak" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, artıq Səudiyyə Ərəbistanı Türkiyədə "İncirlik" aviabazasına öz təyyarələrini göndərir: "Bundan başqa, Türkiyəyə bu ölkənin hərbi qulluqçularının da göndəriləcəyi gözlənilir".
Qeyd edək ki, bundan əvvəl "Sabah" qəzeti hərbi mənbələrə istinadən Türkiyənin Suriyada hərbi əməliyyat keçirməyi planlaşdırmadığını yazmışdı.