Hazırda Rusiya iqtisadiyyatının vəziyyəti yaxşı deyil, lakin ölkənin minimum dövlət borcu və lazımi ehtiyatları var.
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev Münhendə bəyan edib.
O bildirib ki, ölkə heç də asan olmayan dövrünü yaşayır: "Bizə asan deyil, amma ümumilikdə öhdəsindən gəlirik. Kəskin şəkildə dəyişən xarici şərtlərə adaptasiya gedir. Neftin ucuzlaşmasının təsiri hiss olunur, amma kritik deyil, çünki məqbul sayılan təhlükəsizlik əmsalı, minimum dövlət borcu və yetərincə ehtiyatlarımız var".
D.Medvedev hesab edir ki, rublun məzənnəsinin aşağı düşməsi Rusiyanın ixrac potensialının artmasına yaxşı zəmin yaradıb: "Bu imkanlardan istifadə edərək, iqtisadiyyatdakı nöqsanları aradan qaldırmaq lazımdır".