"Tehranla Ər-Riyad öz aralarındakı ixtilafları həll edərək regionda bir-biri ilə əməkdaşlıq etməlidir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniyanın Münhen şəhərində təhlükəsizlik məsələləri ilə bağlı keçirilən toplantıda İranın xarici işlər naziri Məhəmmədcavad Zərif deyib. O, Suriya böhranından və Səudiyyə Ərəbistanı ilə birgə əməkdaşlıqdan danışıb:
“İranla Səudiyyə Ərəbistanı Suriyada ortaq maraqlara malikdirlər və elə həmin səbəbə görə də onların bir-biri ilə əməkdaşlıq etməsi vacibdir. Hesab edirik ki, bölgədə həlli mümkün olmayan problem yoxdur. Biz Səudiyyə Ərəbistanı və Türkiyədəki qardaşlarımızla əməkdaşlıq etməklə regiondakı bütün problemləri birlikdə həll edə bilərik.
Ümid edirəm ki, Münhendə aparılan müzakirələrdə, böyük faciəyə gətirib çıxarmış Suriyadakı böhranın aradan qaldırılması üçün məntiqli həll yolu tapılacaq və bu problemə biryolluq son qoyulacaq”.
Samir