14 Fevral 2016 09:34
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şist neft yataqlarının (Slans) həcminin tükənməsi üçün azı 8 ilə yaxın vaxt tələb olunur.


Bu barədə Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Axar.az-a açıqlamasında deyib. Ekspertin sözlərinə görə, rentabelliyi az olan quyuların bağlanması nəticəsində hasilat da azalır:


“Amerikada şist yataqlarında quyular bağlanır. Çünki Qərbi Texas markalı neftin qiyməti 26-27 dollar arasında dəyişir. Yanvar ayının nəticəsinə görə, bu ölkədə 9,2 milyon barrel neft hasil olunub. Ancaq dörd il bundan qabaq 6,7 milyon barrel idi. 2014-cü ildən neftin 100 dollardan aşağı düşməsi fonunda Amerikada hasilat cəmi 300 min barrel azalıb. Bundan sonra əlavə 200 milyon barrel də azal bilər. Ancaq ümumilikdə ABŞ nefti dünyada çıxarılan 95 milyon barrel neftin yalnız 10 faizini təşkil edir. Düzdür, şist neft quyuları bağlandıqca qiymətlər yuxarı qalxır. Ancaq Amerika üçün həmin quyuların bərpa olunmasına cəmi 14-15 gün lazım olur ki, nəticədə neft yenidən ucuzlaşır. Əsas məsələ şist neft yataqlarının həcminin tükənməsidir. Bunun üçün də azı 8 ilə yaxın bir zaman lazımdır”.


İ.Şaban onu da bildirib ki, bu il neft bazarları I rübü 30 dollar ətrafında başa vuracaq.


Müəllif: