ABŞ Ali Məhkəməsinin ən mühafizəkar üzvlərindən olan Antonin Scalia həyatını itirib.
Hakim Scalia-nın ölümü ABŞ Ali Məhkəməsində qüvvələr nisbətini dəyişə bilər. Belə ki, prezident Obama beşinci liberal hakimi təyin edə bilər.
Məhkəmədə mühafizəkarların 5-4 üstünlüyü Obama administrasiyası üçün iqlim dəyişikliyi və miqrasiya məsələlərində ciddi çətinliklər yaratmışdı.
79 yaşlı hakim Scalia 1986-cı ildə prezident Ronald Reagan tərəfindən təyin edilib.
O, şənbə günü Qərbi Texasda ov səfəri zamanı yuxudaykən ölüb, ABŞ Marşallar Xidmətindən bildirilib.
“Təxminən 30 ildir ki, Hakim Scalia məhkəmədə çox böyük əmək qoyub,” prezident Obama bildirib və onu “fövqəladə məhkəmə mütəfəkkiri” adlandırıb.