11 İyun 2014 11:33
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama ölkəsinin odlu silahdan istifadə ilə kütləvi qətllərə son qoya bilməməsinə görə utandığını etiraf edib. ABŞ lideri Oreqon ştatında baş verən növbəti silahlı insidentdən bir neçə saat sonra bunu bəyan edib.

Obamanın sözlərinə görə, dünyanın heç bir ölkəsi bu cür problemlə rastlaşmır. ABŞ prezidenti, demək olar ki, hər həftə silahlı insidentlərin baş verdiyi bir ölkədə məsələnin həllinə dair heç bir irəliləyiş olmamasına görə məyus olduğunu etiraf edib.

Obama bildirib ki, odlu silaha sahib olma və ona nəzarətə dair daha sərt qanunları Konqresdən keçirməyə çalışsa da, konqresmenlərin əksəriyyətinin müqaviməti ilə rastlaşır.

Obama bunun səbəbinin konqresmenlərin silah sahiblərini birləşdirən aparıcı lobbiçi təşkilatı olan "Milli Atıcılar Assosiasiyası"nın qəzəbindən ehtiyat etmələrində görür.

Nihad


Müəllif: