15 Fevral 2016 14:42
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə bankda baş verən soyğunçuluq hadisəsi anbaan görüntülənib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə fevralın 11-də yerli vaxtla 15.45-də Qəhrəmanmaraşdakı özəl bankda baş verib.

İlkin məlumata görə, 4 uşaq atası olan Mehmet Y. maska taxaraq banka daxil olub. Əlindəki silahı mühafizəçiyə tuşlayan Mehmet ondan silahını yerə atmasını tələb edib. Daha sonar o, cibindəki paketi kassada oturan xanıma uzadaraq pulları tələb edib. Mehmet kassadakı 27 min 500 TL-ni (təxminən 14 min 750 manat) götürərək bankdan qaçıb.

Teleqraf.com təhlükəsizlik kamerasına düşən görüntünü təqdim edir:

Rüstəm


Müəllif: