15 Fevral 2016 22:54
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın enerji şirkəti “Total” sanksiyalar ləğv edildikdən sonra İrandan 2 milyon barrel xam neft alıb.

Bu barədə İranın Milli Neft Şirkətinin (NIOC) prezidenti Röknəddin Cavadi məlumat verib. O deyib: “İrandan 4 milyon barrel xam neft Fransanın “Total”, Rusiyanın “LUKOIL” və İspaniyanın bir neft emalı şirkətinə icarəyə götürülən tankerlər vasitəsilə çatdırılacaq. 24 saat ərzində Avropa ölkələrinə yola düşmək üçün Fars körfəzindəki terminallardan 3 tankerə xam neft yüklənəcək”.

R.Cavadi sanksiyalar götürüldükdən sonra İranın xam neft hasilatının gündəlik 400 min barel artdığını deyib. Bildirib ki, bu həcmin daha 200 min barel artırılması qərara alınıb.

NIOC-un prezidenti deyib: “Beş illik fasilədən sonra İrandan Avropaya ilk dəfə xam neftin ixrac edilməsi ilə ölkənin neft sənayesində yeni bir dövr başlayıb. Fransanın “Total” şirkəti ilə gündəlik 160-180 min barrelədək neft ixrac etmək üçün müqavilə bağlamışıq. “LUKOIL” və İspaniyanın bir neft emalı şirkəti ilə isə sanksiyalardan əvvəlki müqavilələri yenidən bərpa etmişik”.


Müəllif:

Oxşar xəbərlər