Venesuela prokurorluğu Karakas şəhərinin meri olan müxalifətçi Antonio Ledesminə qarşı qaldırılmış cinayət işinə baxıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyində yer alıb. Məlumata görə, prokrorluq məhkəmədə merə 16 il həbs cəzası istəyib.
Karakasın meri 2015-ci ilin fevralında həbs edilib. Məlumata əsasən, o, Venesuela hakim dairələrinə qarşı sui-qəsddə günahlandırılır.