16 Fevral 2016 02:24
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanın Dərbənd şəhərindən 15 km uzaqlıqda olan polis məntəqəsinə bombalı hücum təşkil olunub.

Musavat.com xəbər verir ki, bu barədə məlumat "Russia Today" saytında yer alıb. Məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Yaralananların altısının polis olduğu bildirilib. Verilən məlumata əsasən, hücumu İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Rəsmilər ehtimal edir ki, partlayışı kamikadze törədib.

O da bildirilir ki, hadisədən bir gün əvvəl həmin polis məntəqəsinə naməlum şəxslər silahlı hücum təşkil edib və nəticədə bir polis yaralanıb.


Müəllif:

Oxşar xəbərlər