16 Fevral 2016 09:14
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistanda abortlar tamamilə qadağan oluna bilər. Hazırda bu barədə qanunverici təşəbbüsü respublika parlamenti müzakirə edir.

Bu informasiyanı Çeçnistan Xalq məclisinin sosial siyasəti məsələləri üzrə komitəsinin sədr müavini Usman Ozdamirov təsdiq edib.

Onun sözlərinə görə, bu qərar respublika başçısı Ramzan Kadırov və onun yaxın ətrafı tərəfindən gəlib. Məhz Çeçenistan başçısı respublikada abortların qadağan olunmasını əmr edib.

“Regionda bu qanun artıq ilin sonuna kimi qəbul ediləcək. Amma biz gözləyirik ki, Çeçen respublikasının ardınca Rusiyanın əsasən müsəlman regionları və Şimali Qafqazın qalan respublikaları aborta qadağanı qəbul edəcəklər”,- Leonid Sevastyanov deyib.

Qeyd edək, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun doqquz uşağı var. Kadırov üç oğul və altı qız atasıdır. 2007-ci ildə Kadırovlar iki oğlanı övladlığa götürüblər.//anspress


Müəllif:

Oxşar xəbərlər