11 İyun 2014 12:06
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nik Sternberq: “NATO qüvvələri Şərq cəbhəsində daim mövcud olacaq”

ABŞ elit desant qüvvələrini Şərqi Avropa ərazisində daimi olaraq, saxlamaq fikrindədir.

Teleqraf.com-un “Royter” agentliyinə istinadən verdiyi məlumata görə, bu fikirləri ABŞ Müdafiə Nazirliyinin Xüsusi əməliyyatlar komandanlığının Avropada rəsmi nümayəndəsi Nik Sternberq səsləndirib.

O, vurğulayıb ki, ABŞ həmişə öz tərəfdaşları ilə onların öz ərazisində birgə hərbi təlimlər keçirib:

“Fərq yalnız ondan ibarətdir ki, indi hərbi hazırlıq çərçivəsində müvafiq ərazidə - NATO-nun Şərq cəbhəsi hüdudlarında xüsusi təyinatlı əməliyyat qüvvələrin daimi mövcudluğunu dəstəkləmək nəzərdə tutulur”.

Qeyd edək ki, may ayından etibarən Polşa, Slovakiya, Estoniya, Latviya və Litvada ABŞ hərbçilərinin iştirakı ilə intensiv hərbi təlimlərin keçirilməsinə başlanılıb. Bu təlimlərdə Amerikanın xüsusi təyinatlı qüvvələrindən yüzlərlə hərbçi iştirak edib.

Nail


Müəllif: