Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zöhrabyan AŞPA-da səsvermə hüququndan məhrum edilə bilər.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Zöhrabyan Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü, milliyətçə erməni olan Marqara Yesayanı təhqir edib və ona təzyiq göstərib. Hadisədən sonra Türkiyə tərəfi AŞPA-ya şikayət məktubu ünvanlayıb.
Məlumatlara görə, AŞPA-nın nümayəndəsi Perdo Aqramunt və türkiyəli nümayəndələr Ermənistanın Assambleyadakı səfiri Armen Papikyanla görüş keçirib. Görüş zamanı Aqramunt qətiyyətlə bildirib ki, Zöhrabyanın bu hərəkəti ilə bağlı AŞPA-nın apreldə keçiriləcək yaz sessiyasında ölçü götürüləcək. Hazırda Zöhrabyanın səsvermə hüququnun əlindən alınması məsələsi müzakirə edilib.
Qeyd edək ki, AŞPA-nın qış sessiyasının gedişində Yesayan Robert Uolterin müəllifi olduğu “Dağlıq Qarabağ və ətraf ərazilərdə zorakılığın artması” qətnamənin lehinə səs verib. Bundan sonra N. Zöhrabyan ona yaxınlaşıb və mövqeyini bildirib.
Samir