11 İyun 2014 12:30
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Daxili İşlər nazirliyi yeni koordinasiya mərkəzinin yaradılması barədə xəbər yayıb. Yeni mərkəz döyüş və antiterror əməliyyatlarının keçirildiyi ərazini tərk etmək istəyən əhaliyə yardım edəcək.

Teleqraf.com-un xəbərinə görə, Mərkəz Ukrayna Fövqəladə Hallar xidmətinin nəzdində yaradıldığı bildirilir.

“Antiterror əməliyyatlarının keçirildiyi əraziləri tərk edən vətəndaşları üçün normal yaşayış şəraiti yaradılmalıdır”, - Ukrayna DİN-dən bildiriblər.

Blokpostlarda nəzarət məntəqələri yaradılacaq. Yalnız bundan sonra ərazini tərk etmək imkanı olacaq. Ərazini tərk edən vətəndaşlar pulsuz tibbi müayinədən keçə, sənədlərini bərpa edə biləcək. Eyni zamanda, onlara həyat üçün normal şərait yaradılacaq.

Ərazidən çıxarılan vətəndaşlar, yerli hökümətin qərarı ilə Ukraynanın istənilən bölgəsində yerləşdirilə bilər.

Ülviyyə


Müəllif: