17 Fevral 2016 10:18
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ilə Kuba arasında kommersiya uçuşları bərpa olunacaq. Ötən gün tərəflər arasında bu barədə razılaşma əldə olunub.

Bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Bir müddət əvvəl əldə olunan razılaşmaya əsasən, iki ölkə arasında xüsusi reyslər bərpa olunmuşdu. Lakin yeni razılaşma əsasında uçuşların sayı gün ərzində 110-a çatacaq. Bu, hazırkı aviasiya fəallığından 5 dəfə artıqdır./trend/


Müəllif: