17 Fevral 2016 12:13
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Qunduz şəhər aeroportunda eniş edən Rusiyaya məxsus Mi-8 helikopteri atəşə tutulub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı helikopterdə 4 ekipaj üzvü və sayı açıqlanmayan sərnişinlər olub. Pilotlar vertolyotu atəş zonasından uzaqlaşdırmağa nail olublar.

Məlumatlara görə, atəş nəticəsində helikopterə ciddi ziyan dəyib. Məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, "YuTeyr" aviakompaniyasına məxsus vertolyot BMT missiyası üzrə uçuşlar həyata keçirib.

Samir


Müəllif: