17 Fevral 2016 13:02
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moskva Ankara ilə konstruktiv əlaqələrə üstünlük verirdi, ona görə də Türkiyə ilə İŞİD terror təşkilatı arasındakı əlaqələri açıq şəkildə ifşa etmək istəmirdi".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya türkiyəli həmkarlarına bunun doğru olmadığını başa salmağa çalışırdı: "Biz Vyana formatı üzərində və ikitərəfli əsasla işləyirdik və onları başa salmağa çalışırdıq ki, belə etmək lazım deyil. Ola bilsin ki, bununla bağlı açıq şəkildə danışmaq lazım idi".

Türkiyənin Suriyadakı kürdləri vurması məsələsinə toxunan Zaxarova bunu özbaşınalıq adlandırıb: "Münhen danışıqlarında tərəflər Suriyada atəşin dayandırılmasına razılaşdığı vaxtda Türkiyə öz sərhədlərindən bu ölkədəki kürdləri vurdu. Ona görə ki, Türkiyə bu ərazilərin terrorçulardan, ekstremistlərdən təmizlənməsindən narahat oldu".

Samir


Müəllif:

Oxşar xəbərlər