Bürusseldə səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın "Press" telakanalına müsahibə verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanının Suriyaya mümkün hərbi qüvvə göndərməsindən danışıb.
Zərif deyib ki, digər ölkələrin Suriyada gedən vətəndaş müharibəsinə qatılması regiondakı mövcud böhranı daha da dərinləşdirə bilər: “Səudiyyə Ərəbistanının Suriyaya hərbi qüvvə göndərmək planı çox təhlükəlidir. Düşünürəm ki, bölgədə ölkələr arasında qarşıdurma və düşmənçilik yaraqtmaq əvəzinə, hamı gücünü səfərbər edərək Suriya böhranının sülh yolu ilə həllinə çalışmalıdır”.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və BƏƏ kimi ölkələr Suriyada quru əməliyyatlarında iştirak etmək fikrində olduqlarını açıqlayıblar.
Samir