11 İyun 2014 13:15
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiya ilə olan şərq sərhədini bağlamağa hazırlaşır.

Teleqraf.com-un Ukraynanın “5-ci kanal”ına istinadən əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko açıqlama verib.

Əvvəllər Ukrayna rəsmiləri yalnız qiyamçılarla döyüşlərin getdiyi vilayətlərdə sərhədlərin qismən bağlanmasını qərara almışdılar. Hazırda şərq istiqamətdində 8 buraxılış məntəqəsi artıq tam bağlanıb.

Sərhədin bağlanmasına səbəb Rusiya ərazisindən separatçılara dəstək məqsədi ilə silahlı qrupların sızmasıdır. Qeraşenko onu da vurğulayıb ki, separatçıların Rusiya ilə əlaqəsini kəsmək üçün ən müxtəlif vasitələr nəzərdən keçirilir:

“Bunlardan ən başlıcası sərhədi ləngimədən bağlamaqdır. Hazırda bundan ötrü zəruri üsul və vasitələr müəyyənləşdirilir.”


Müəllif: