18 Fevral 2016 01:30
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkə təhlükəsizlik tədbirlərini gücləndirib.

Türkiyənin paytaxti Ankarada baş verən terror aktı ilə əlaqədar “Facebook” sosial şəbəkəsi təhlükəsizlik tədbirlərini gücləndirib. ANS PRESS-in məlumatına görə, bununla bağli “Facebook” təhlükəsizlik rejimi aktiv edib.

Qeyd edək ki, ötən axşam Türkiyənin paytaxtı Ankarada güclü partlayış olub. Partlayış hərbi şəhərcik yaxınlığında baş verib. İlkin məlumatlara görə, şiddətli partlayış nəticəsində 28 nəfər ölüb, 78 nəfər isə yaralanıb. Terror aktı 3 maşının partladılması nəticəsində baş verib. Hazırda xəstəxanaya yerləşdirilən yaralılardan 10 nəfərinin vəziyyəti çox ağır qiymətləndirilir. Ona görə də ölənlərin sayının artacağı istisna edilmir.


Müəllif:

Oxşar xəbərlər