Ankarada törədilən terror aktının icraçısının adı bəlli olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 28 nəfərin ölümünə səbəb olan terroru kürd əsilli Suriya vətəndaşı PYD və YPG terror təşkilatı döyüşçüsü Salih Necar törədib:
"Kamikadze idarə etdiyi avtomobili digər maşınların üzərinə sürərək, partlayıcını işə salıb. Salih Necar hadisə yerində ölüb. Terrorçunun kimliyi barmaq izləri vasitəsilə məlum olub".
Samir