18 Fevral 2016 13:58
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünən axşam saatlarında Ankarada baş verən terror aktını törədənin kimliyi məlum olub".

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu keçirdiyi mətbuat konfrasında deyib. Onun sözlərinə görə, terroru kürd əsilli Suriya vətəndaşı törədib:

"Ankara terrorunda ölən 28 nəfərdən 27-si hərbçidir. Terror aktı Suriya vətəndaşı 1992-ci il təvəllüdlü Salih Neccar tərəfindən törədilib. O, PYD-YPG terror təşkilatlarının üzvüdür. Neccar partlayış nəticəsində həyatını itirib. Hücumda şübhəli bilinən 9 nəfər saxlanılıb. Hadisədə günahkar olan hər kəs tək-tək aşkar ediləcək və mühakimə olunacaq. Ankara terrorunun bədəli mütləq ödəniləcək. Hamımızın əsas vəzifəmiz bu ölkənin birliyini, bütövlüyünü qorumaqdır. İkinci çağırışım siyasi partiyalara və qeyri-hökumət təşkilatlarınadır. Terrora qarşı birləşməliyik".

Türkiyə Baş naziri YPG-ni Suriya danışıqlarında dialoqa çağıranlara da səslənib: "YPG-ni demokratik ünsür kimi masa arxasına dəvət edənlərə səslənirəm. "Əl-Qaidə", İŞİD-i masa arxasına necə dəvət etmirsizsə, YPG-ni də etməyin! Türkiyədə terror təşkilatı kimi tanınan təşkilatları dəstəkləyənlər Türkiyənin dostu ola bilməz".

Davudoğlu Türkiyənin İraqda əməliyyatlar keçirməsi xəbərini təsdiqləyib: "Yerli vaxtla 09:30-da İraqın Hafta bölgəsində PKK terrorçularına qarşı əməliyyat başlandı. Hücum zamanı 70 terrorçu zərərsizləşdirilib".

Samir


Müəllif:

Oxşar xəbərlər