18 Fevral 2016 21:17
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyası vergidən yayınmaya qarşı islahat paketini təqdim edib.

Yeni islahat təkliflərinin əsas hədəfi korporativ vergi qaçaqçılığının qarşısının alınmasıdır. Sənəd dörd əsas təklifdən ibarətdir.

Yeni təkliflər paketi ilə yanaşı, Avropa Komissiyası aqressiv vergi planlaşdırması ilə bağlı məsələni də araşdırıb. Hazırda isə üzv dövlətlərin aqressiv vergi planlaşdırmasına şərait yarada biləcək korporativ vergilərə aid qaydalar (və ya bu qaydaların olmaması) nəzərdən keçirilir, həmçinin vergidən yayınmaq üçün şirkətlərin istifadə etdikləri sxemlər təhlil olunur.

Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis deyib: “Bununla biz ümumilikdə vergi sisteminə etibarı möhkəmləndirmək üçün daha bir addım atırıq. Bu, vergi sistemini daha ədalətli və daha səmərəli edəcək. İnsanlar inanmalıdırlar ki, vergi qaydaları bütün fiziki və hüquqi şəxslərə eyni dərəcədə aiddir. Şirkətlər üzərlərinə düşən ədalətli vergi payını ödəməlidirlər, çünki burada onların real iqtisadi fəaliyyətləri əks olunur. Avropa vergi ödənilməsindən yayınma ilə bağlı problemlərin həllində dünya lideri ola bilər. Bu isə Avropa ölkələrinin birgə fəaliyyətini tələb edir”.


Müəllif:

Oxşar xəbərlər