Finlandiya ilin əvvəlindən 1494 qaçqın qəbul edib.
Onların yarısından çoxu (təqribən 900 nəfəri) Rusiya sərhədi yaxınlığındakı “Salla” və “Raya-Yooseppi” buraxılış məntəqəsindən keçərək gəlib. Hər gün RF ərazisi vasitəsilə Finlandiyaya 10-25 sığınacaq istəyən gəlir.
Finlandiyada qaçqınların çoxu (təqribən 29 faiz) Əfqanistan vətəndaşıdır, ikinci yerdə Hindistan sakinləri (14 faiz) gəlir. Qaçqınların 12 faizi iraqlıların, 11 faizdən bir qədər çoxu suriyalıların payına düşür