"Rusiya Suriyadakı kürdləri Türkiyədən qorumağa söz verib, ona görə də Ankaranın hər hansı addımı "böyük müharibə"yə səbəb ola bilər".
Teleqraf.com xəbər verir ki, bu bəyanatla Suriya kürdlərinin Moskvadakı nümayəndəliyinin rəhbəri Rodi Osman çıxış edib. O bildirib:
"Rusiya müdaxiləyə münasibət bildirəcək. Moskva təkcə kürdləri deyil, həmçinin Suriyanın ərazi bütövlüyünü qoruyacaq. Rusiya Hərbi Hava Qüvvələri kürd müxaliflərə Suriyanın şimalındakı Hələb şəhərinə doğru hərəkət etməkdə köməklik göstərir".
Suriya müxalifətinin Moskvadakı nümayəndəsi Qədri Cəmil də öz növbəsində bildirib ki, havadan dəstəkdən əlavə Moskva Suriya kürdlərini silah və sursatla təmin edir: "Ancaq Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr müxalifləri İŞİD terror təşkilatı ilə əlaqədə ittiham edərək, onlara qarşı əməliyyatlar aparır".
Qeyd edək ki, Türkiyə fevralın 13-dən Suriyanın Hələb şəhərində müxaliflərin mövqelərini bombalayır.
Samir