11 İyun 2014 14:57
1 258

“Ruslar bizə qazın qiymətinin cəmi 100 dollar endirilməsini təklif ediblər. Mən dərhal bildirmək istəyirəm ki, biz Rusiyanın bu tələlərinə bələdik”.

Teleqraf.com-un UNİAN-a istinadan verdiyi məlumata görə, belə bir açıqlama ilə Ukraynanın baş naziri Arseniy Yatsenyuk çıxış edib.

Baş nazir vurğulayıb ki, Ukrayna Rusiyadan qazın qiymətində endirimlər etməsini tələb etmir və ölkəsi müvafiq müqavilənin şərtlərinin bazar prinsipləri əsasında yenilənməsinin tərəfdarıdır:

“Bununla yanaşı, biz hesab edirik ki, hazırda bazar prinsipləri ilə alınacaq qazın qiyməti məhz 268,5 dollar təşkil edir. Ukrayna ilin birinci rübündə qazı Rusiyadan məhz bu qiymətə alıb”.

O, nazirlər kabinetinin iclasında vurğulayıb ki, hökumət əvvəlcədən müəyyənləşmiş qiymətin bazar şərtləri ilə dəyişməz qalmasında israrlıdır: “Bununla bağlı mövqeyimiz dəyişməyəcək”.

Nail Cəlil


Müəllif: