"Avropa Birliyi və Türkiyə arasında bu ilin martında miqrant böhranı ilə əlaqədar zirvə görüşü keçiriləcək".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Birliyi Şurasının prezidenti Donald Tusk deyib. O deyib ki, bu işdə uğur əldə etmək üçün bütün səyləri birləşdirmək lazımdır. Tusk fevralın 17-də Ankarada baş verən terror aktını da qınayıb.
Almaniya Kansleri Angela Merkel də keçirdiyi mətbuat konfrasında Donald Tuskun dediyini təsdiqləyib: "Martda 28 ölkənin iştirakı ilə AB-Türkiyə zirvə toplantısı keçiriləcək".
Samir