Türkiyədə Diyarbəkir bölgəsinin Sur qəsəbəsində 2015-ci il dekabrın 2-də PKK terrorçularına qarşı başlayan əməliyyat davam edir.
Teleqraf.com “Hürriyet”ə istinadən xəbər verir ki, əməliyyatların gərgin keçdiyi Hasırlı məhəlləsində Xüsusi Təyinatlıların olduğu bina çöküb. Hadisə vaxtı binada 12 hərbçi olub. Binanın çökmə səbəbi məlum deyil.
Dağıntılar altında qalan hərbçilərin xilas edilməsi üçün Fövqəladə Hallar Nazirliyi əməliyyata başlayıb. Onlardan 9-u xilas edilib. 3 hərbçinin axtarışları davam edir. Ərazidə terror hücumlarına qarşı təhlükəsizlik tədbirləri gücləndirilib.
Ramal