Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obama ilə telefon danışığı aparacaq.
Teleqraf.com"Anadolu" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Ərdoğan cümə namazından sonra jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, danışıqlar zamanı Ankarada fevralın 17-də baş verən terror aktı əsas müzakirə mövzusu olacaq. Telefon danışığı bu gün Bakı vaxtı ilə 19:00-da baş tutacaq.
Samir