Suriya nəzarətdən çıxır
ABŞ-dan Türkiyə və Səudiyyəyə Ərəbistanını Suriyadakı əməliyyatlardan yayındırmaq üçün üsullar axtarır".
"ABŞ müttəfiqləri olan Türkiyə və Səudiyyə Ərəbistanını Suriyadakı əməliyyatlardan yayındırmaq üçün üsullar axtarır".
Teleqraf.com xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın "The Financial Times" qəzeti yazı dərc edib. Məqalədə bildirilir ki, Türkiyə və Səudiyyənin bu kimi fəaliyyəti Rusiya ilə ciddi münaqişəyə səbəb ola bilər:
"NATO-ya üzv olan dövlətlərin əksəriyyəti üçün alyans üzvü olan dövlətlərin müxtəlif qüvvələrin mübarizə apardığı ölkəyə qoşun yeritməsi olduqca narahatlıq doğurur. Bunun bir səbəbi də bu ölkədəki münaqişəyə Rusiyanın qoşulmasıdır".
Vaşinqtonun Yaxın Şərq İnstitutunun eksperti Çarlz Listerin sözlərinə görə, Suriya məsələsi nəzarətdən çıxır: "Suriyanın şimalındakı vəziyyət ümumi münaqişənin gedişini dəyişə bilər".
Qəzet iddia edir ki, Ankara və Ər-Riyad Vaşinqtonun razılığı olmadan Suriyada hərəkət etməkdən çəkinir, ancaq ABŞ öz növbəsində Rusiyanın Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən əməliyyatlarına qarşı çıxmır:
"Bununla Türkiyə Suriya ilə sərhəddə bir neçə kilometr uzunluğunda bufer zona yaratmağa çalışır. Bu, Ankaraya başlıca qayğısı olan Suriya kürdlərinə edilən dəstəyi nəzarətdə saxlamağa imkan verəcək. Bundan başqa, bufer zonanın yaradılması Əsəd ordusunun mübarizə apardığı Suriya müxalifətinə dərindən nəfəs almağa imkan verəcək. Bu zaman Türkiyə öz ərazisindən terrorçuların Suriyaya daxil olmasını təmin edə biləcək.
Səudiyyə Ərəbistanı isə Suriyadakı sülh danışıqlarında öz təsirini tez itirməkdən narahatdır. Xüsusən də Ər-Riyad özünün regiondakı ən böyük rəqibi sayılan İrandan qorxur. Elə məhz buna görə də, səudiyyəlilər ötən ilin dekabrında 34 islam ölkəsi ilə birlikdə antiterror koalisiyası yaratdı. Həmçinin, Səudiyyə 20 ölkənin iştirakı ilə geniş hərbi təlimlərə başladı. Bir çox səudiyyəli rəsmilər hesab edir ki, Ər-Riyad Suriyanın cənub-şərqində quru əməliyyatları keçirməlidir. Onların fikrincə, Səudiyyə artıq Suriyanın şərqində bir neçə uğurlu əməliyyat keçirib. Ancaq rəsmi Ər-Riyad bəyan etdi ki, quru əməliyyatları yalnız koalisiya qüvvələrinin köməyi ilə həyata keçirilə bilər.
Vaşinqton isə yaxın aylarda İŞİD-ə qarşı əməliyyatlarda fəallığını artırmaq niyyətindədir. Bundan əlavə, müxaliflərin də bu mübarizəyə qoşulması üçün silahla təchiz ediləcəyi gözlənilir".
Samir