Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın Suriya qolu PYD və YPG-ni terror təşkilatı kimi tanımayan ABŞ-ı sərt tənqid edib.
Avropa.info xəbər verir ki, Ərdoğan ABŞ-ı riyakarlıqda ittiham edib:
"Tərəddüdümüz yoxdur terroru YPG törədib. Bunu etiraf etməsələr də, bu olayı YPG və PYD edib. ABŞ-ın PYD məsələsində müqavimət göstərməsini anlamırıq. Bizim yanımızdasınız, yoxsa PYD-nin? PKK-nı terror təşkilatı elan edirsən YPG və PYD-ni niyə terror təşkilatı elan etmirsən? Siz bizim yanımızda olsanız nə olacaq, olmasanız nə olacaq?"
Ərdoğan PKK-nın siyasi qolu HDP-ni də terrorçulara yardımda ittiham edib.
"Parlamentdə 4 partiya var. 3 partiya birləşib, həmrəylik edir, birgə bəyanata imza qoyur. Terror təşkilatının siyasi təmsilçisi olan partiya imzalamır. Bunlar Qəndilin nümayəndəsiyik deyirlər, bunun başa düşülməsi lazımdır", -deyə Türkiyə prezidenti qeyd edib.