Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Türkiyədən gələn heyətin Kazan şəhərində keçiriləcək forumda iştirak etməsi məsələsinə münasibət bildirib.
Avropa.info xəbər verir ki, Zaxarova "Türkiyə tərəfinin Kazandaki forumda iştirak etmək kimi bir arzusu varsa biz bunu yalnız alqışlayırıq. Biz türk iş sektoruna açığıq", deyə bildirib.
Zaxarova daha sonra sözlərinə belə davam edib: "Bir dəfə daha vurğulamaq istəyirəm ki, 2015-ci ilin noyabr ayında baş verən faciə rus-türk əlaqələrinin pisləşməsinə səbəb oldu. Bu açıq-aydındır və biz bunu gizlətmədik. Lakin Rusiya hökuməti və biz dəfələrlə söylədik ki, əlaqələrin pisləşməsinin iki ölkənin vətəndaşlarına mənfi təsiri qaçılmazdır. Biz rus-türk əlaqələrinin inkişafından yola çıxırıq. Əgər Türkiyə, və türk iş sektorunun nümayəndələri Kazandaki forumda və digər forumlarda iştirak etmək istəsə, iş və iqtisadi imkanları, əlaqələri inkişaf etdirmək mövzusunda maraqlıdırsa biz bunu yalnız alqışlayırıq".
Qeyd edək ki, bu ilin may ayının 19-21 tarixlərində Tatarıstanın paytaxtı Kazanda səkkizinci beynəlxalq iqtisadiyyat zirvəsi "Rusiya - İslam Dünyası: Kazan Sammiti 2016" keçiriləcək. Xüsusilə Tataristana gətirdikləri milyardlarla dollarlıq investisiyalarla diqqət çəkən türk iş adamlarının bu forumda iştirak edib-etməyəcəkləri hələ ki sual altındadır.