Amerikanın Luiziana ştatının Kenner şəhərində beş yaşlı məktəbli evdə yanğın olan vaxt gözdən əlil nənəsini xilas etməyi bacarıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Amerika telekanallarında yer alıb.
Məlumata görə, balaca Kloi Vuds adlı qızcığaz nənəsini çiyninə alaraq evdən çıxartmağı bacarıb.
İnternetdə Vuds ailəsinə kömək üçün kampaniya başladılıb.
Verilən məlumata görə, evi alovdan qurtarmaq mümkün olmayıb.
Hazırda GoFundMe bölgəsində yeni ev tikmək üçün pul yığılır.