21 Fevral 2016 08:32
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Con Kerri və Rusiya XİN rəhbəri Sergey Lavrov arasında baş tutmuş telefon danışığı zamanı Suriyada atəşkəsə dair razılığa hələlik nail olunmadığı vurğulanıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.


Məlumata görə, tərəflər işçi qrupunun atəşkəsə dair layihənin hazırlanmasında irəliləyişə nail olduğunu qeyd ediblər.


“Dövlət katibi yaxın zamanda hərbi əməliyyatların tamamilə dayandırılmasına nail olacaqlarına ümid etdiyini ifadə edib”, deyə məlumatda bildirilir.


Müəllif:

Oxşar xəbərlər