21 Fevral 2016 09:49
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarında prezidentlik uğrunda mübarizənin üçüncü mərhələsi baş tutub.

Nevada ştatında keçirilən təqdimat xarakterli "kokus" seçkilərində Hilari Klinton 52 faiz səslə qalib gəlib. O, əsas rəqibi Berni Sanderzi üstələməyi bacarıb. Sanderz seçkidə 48 faiz səs toplayıb.

Klinton Ayova ştatında keçirilən seçkilərdə də Sanderzə qalib gəlmişdi. Lakin Nyu-Hempşir praymerizində rəqibinə məğlub olmuşdu. Bu dəfəki qələbəsini isə, Klinton “xalqın qələbəsi” adlandırıb.

“Tərəfdarlarım mənə göstərdiyi dəstəyə görə çox həvəsli və məmnunam. Bəziləri bizim qələbəmizə şübhə ilə yanaşırdı. Lakin biz heç vaxt bir-birimizə şübhə ilə yanaşmamışıq.

“Amerikaya baxdıqda işlərin qaydasında getmədiyini görürük. Yaşlı valideynlərimiz bilmilər ki, kirə pulunu ödəsinlər, ya özlərinə dərman alsınlar. Dərmanın bir gecədə 5 mindən bahalaşdığını görürük. Amerika problemlərin həllinə möhtacdır”, - - Hilari Klinton bildirib.

Cənubi Karolina ştatında isə, respublikaçılar partiyanın vahid namizədini müəyyən ediblər.

Burada keçirilən praymerizdə Donald Tramp 33.58 faiz səslə qalib gəlib. Onun əsas rəqibi Ted Kruz 22.28 faiz səs toplayıb. Marko Rubio isə, 21.01 faiz toplaya bilib. Digər namizəldər 10 faiz az səs toplayıblar.

Səsvermələrin nəticələri mart ayının 1-ində keçiriləcək “Super Çərşənbə axşamı” seçkiləri üçün həlledici ola bilər. Həmin tarixdə 15-ə yaxın ştat 8 noyabrda keçiriləcək prezident seçkilərinə öz namizədlərini seçəcəklər.//anspress


Müəllif:

Oxşar xəbərlər