21 Fevral 2016 10:36
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünya ölkələrinin, əsasən də Türkiyənin Suriyaya silahlı qüvvə göndərməsini qadağan etmək vacibdir".

Teleqraf.com xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd İspaniyanın "El Pais" qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Suriya ordusu atəkəsə əməl etməyə hazırdır: "Bu bir çox faktordan asılıdır. İlk növbədə, nəzarət etmək lazımdır ki, terrorçular yaranmış fasilədən öz mövqelərini möhkəmləndirmək üçün istifadə etməsinlər".

Əsəd əlavə edib ki, o, ölkəni xilas edə bilər: "Düşünürəm ki, 10 ildən sonra Suriyada hər şey yaxşı olacaq. Mən Suriyanın bir hissəsiyəm. Mən hakimiyyətdə maraqlı deyiləm. ƏgərSuriya xalqı məni prezident kimi görürsə, mən də öz vəzifəmi yerinə yetirməliyəm. Əgər xalqıma kömək edə bilməyəcəmsə, mən dərhal gedəcəm".

Suriya prezidenti bildirib ki, hazırda 80 ölkə terrorçuları dəstəkləyir: "Rusiya və İranın dəstəyi Suriya ordusunun irəliləməsində çox vacib rol oynayır. 80 ölkə açıq şəkildə olmasa da, hər hansı üsullarlaterrorçulara dəstək verir. Bəziləri maliyyə, bəziləri silah yardımı və ya əsgərlər göndərmək vasitəsilə kömək edir".

Əsəd onun idarə etdiyi hakimiyyətin heç vaxt humanitar yardımın çatdırılmasınamane olmadığını deyib: "Hətta bu yardımlar İŞİD-in nəzarətində olan bölgələrə göndərilsə belə hakimiyyət buna mane olmayıb. Biz İŞİD terrorçularının nəzarətində olan Rakka şəhərinə, təqaüd, əmək haqlları və uşaqlar üçün vaksnlər göndəririk".

Suriya prezidentinin sözlərinə görə, büün müharibələrdə dinc sakinlər həlak olur: "Koalisiyanın bombardmanı zamanı dinc sakinlərin həlak olmasında ABŞ məsuliyyət daşıyır. Rusiya qırıcıları koalisiya təyyarələrinə nisbətən daha dəqiq əməliyyat həyata keçirir. Səudiyyə Ərəbistanı və Türkiyəyə gəlincə isə, onlar terrorçulara yardım göstərir. Türkiyə öz ərazisindən Suriyaya terrorçular göndərir, Səudiyyə isə onları maliyyələşdirir".

Samir


Müəllif:

Oxşar xəbərlər