Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiyaya meyvə-tərəvəz tədarükündə Türkiyəni əvəz edə bilər.
Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bunu jurnalistlərə Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Aleksandr Tkaçev deyib.
Nazir deyib: "Türkiyədən meyvə-tərəvəz, sitrus məhsullarının tədarükünün kəsilməsi üçün BƏƏ-dən bu məhsulları tədarük etmək istərdik".
Onun sözlərinə görə, BƏƏ bu istiqamətdə Türkiyəni əvəz edə bilər.