21 Fevral 2016 20:15
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqası çərçivəsində “Fənərbaxça” ilə keçirilən oyundan sonra formasını çıxarıb Rusiya prezidenti Vladimir Putinin şəklini göstərən və bu hərəkəti ilə klubu tərəfindən 300 min avro cərimələnən “Lokomotiv”in oyunçusu Dmitri Tarasova Çeçenistanın lideri Ramzan Kadırovdan dəstək gəlib.

Publika.az xəbər verir ki, Kadırov “İnstaqram”da yazdığı mesajda futbolçunun cəriməsini ödəmək istədiklərini bildirib.


“Mənə görə Tarasov həqiqi vətənpərvərdir. Çeçenistanın “Terek” klubu Tarasovu almağa və cəriməsini ödəməyə hazırdır. Əgər Dmitri və “Lokomotiv” bu təklifimizi qəbul etməzsə, onda Tarasovun borcunu ödəmək istəyirik”, - Kadırov deyib.


Müəllif:

Oxşar xəbərlər