21 Fevral 2016 16:02
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə 4 yaşlı uşaq ömürlük həbs cəzasına məhkum edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Əhməd Mənsur Karni adlı uşaq 4 cinayət, 8 cinayətə təşəbbüs, Səhiyyə Nazirliyinə aid binaya ziyan vurmaq, əsgər və polisləri təhdid etməklə asayiş keşikçilərinə aid avtomobillərə ziyan vurmaq maddəsi ilə ittiham olunub. İttihamın ən maraqlı tərəfi isə Karninin bu cinayətləri 2 yaşında olarkən etməsidir.

Müdafiə vəkili Faysal a-Sayd bu qərarı verən hakimlərin məhkəmə sənədləri ilə tanış olmadan hökm oxuduqlarını iddia edib.

Vəkil Məhəmməd Əbu Hurira "Bu Misirdə ədalətin olmadığını sübut etdi. Bu ölkə bir qrup dəli tərəfindən idarə olunur" deyib.

Balaca Əhməd haqqında verilən qərar sosial şəbəkələrdə əsas müzakirə mövzusuna çevrilib.

Uğur


Müəllif:

Oxşar xəbərlər