11 İyun 2014 17:11
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Evlərini icazəsiz turistlərə kirayə verənlər cərimə olunacaq

Krım sakinləri bundan sonra evlərini turistlərə kirayə verdikləri halda Rusiya büdcəsinə vergi ödəməli olacaqlar. Bu qaydanın artıq ənənəvi olaraq turizm şəhəri sayılan Yaltada tətbiqinə başlanılıb.

Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, bundan sonra krımlılar istirahət edənlərin hesabına gəlir əldə etmək istədikdə xüsusi icazə almalı, müvafiq sənədləşmə aparmalıdırlar.

Araşdırmalar nəticəsində bəlli olub ki, Krımın ilhaqından sonra yayda yarımadada istirahət etmək istəyənlərin sayı dəfələrlə azalıb. Rusiyalıların isə cəmi 3 faizi Krımda istirahət etmək arzusunda olduqlarını bildiriblər.


Müəllif: