Suriya prezidenti Bəşər Əsəd bir neçə şərtlə atəşkəsə hazır olduğunu bildirib.
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentlikləri məlumat yayıb.
Məlumata görə, rəsmi Dəməşq atəşkəs dövründə ayrı-ayrı dövlətlərdən, xüsusilə Türkiyədən gələn yaraqlıların və göndərilən silahların qarşısının alınmasını da vacib şərt kimi irəli sürüb. Bəşər Əsəd atəşkəsdən istifadə edərək terrorçuların mövqelərinin möhkəmləndirilməsinin də yolverilməz olduğunu bildirib. Həmçinin, Suriya prezidenti terrorçularla mübarizədə Rusiya və İranın dəstəyini də alqışlayıb.