22 Fevral 2016 01:12
1 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer və onun fransalı həmkarı Jan-Mark Eyro bu gun Kiyevə səfər edəcəklər.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, onlar yerli hakimiyyətlə Ukraynadakı siyasi böhran və Donbasla bağlı Minsk razılaşmasının yerinə yetirilməsini müzakirə edəcəklər.

Ukraynadakı mövcud siyasi böhran hazırkı hakimiyyət və parlament koalisiyasının taleyini sual altında qoyub. Koalisyada təmsil olunan siyasi qüvvələr arasındakı qarşıdurma Ukraynanın Qərbdəki tərəfdaşlarını narahat edir.

Almaniya XİN-in məlumatına görə, Ştaynmayer və Eyro Berlin aeroportunda görüşəcək və oradan eyni təyyarə ilə Kiyevə uçacaqlar. XİN başçıları Kiyevdə prezident, baş nazir, XİN rəhbərliyi, parlamentdə təmsil olunan fraksiya rəhbərləri ilə görüşlər keçirəcəklər.

Nihad


Müəllif:

Oxşar xəbərlər