22 Fevral 2016 17:03
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə Səudiyyə Ərəbistanı ilə birlikdə Suriyada quru əməliyyatları keçirməyəcək".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu italiyalı həmkarı Nübakanı Gentiloni ilə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu məsələ Türkiyənin gündəmində deyil.

Çavuşoğlu PKK terror təşkilatının Suriya qolu sayılan PYD ilə bağlı ABŞ-ın irəli sürdüyü fikirlərə də münasibət bildirib:

"İnanıram ki, bu həqiqətlər ABŞ-ın bütün qurumlarında qəbul ediləcək. ABŞ dövlət katibi Con Kerri ilə telefonla müzakirələr apardıq. Kerri bu məsələdə YPG-yə güvənmədiklərini və İŞİD ilə mübarizə mövzusunda əməkdaşlıq etdiklərini deyib. Mən də öz növbəmdə, həqiqətləri gördüyü üçün Kerriyə təşəkkür etdim. Biz sənəd və sübutlarla danışmağa davam edəcəyik".

Samir


Müəllif:

Oxşar xəbərlər