22 Fevral 2016 22:09
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Suriyanın müxalifət qrupları ilə bağlı müxtəlif təşkilatlara haker hücumları təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Financial Times” nəşri kəşfiyyatdakı iki anonim mənbəyə istinadən yazıb.

Məqalədə deyilir ki, Rusiyanın hərbi əməliyyatlar həyata keçirdiyi rayonlardan informasiya axınlarının azaldılması kiberhücumların əsas hədəfidir.

“Rusiya Suriyanın müxalifət qruplaşmalarına qarşı kiberhücumun geniş kampaniyasını həyata keçirir. Hücum böyük miqyasa və sistematik xarakterə malik idi. Moskva Suriyada humanitar böhran haqqında informasiya axınlarına təsir etməyə və hərbi əməliyyatların həqiqi miqyasını gizlətməyə çalışır”, - nəşr qeyd edib.

Mənbələrdən biri əlavə edib ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti kampaniyaya rəhbərlik edir. Nəşrin məlumatına görə, casusluğun hədəflərindən biri baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidəsi qrupu (SOHR - “Syrian Observatory for Human Rights”) olub. Qrupun məlumatına görə, Rusiyanın hava zərbələri xeli sayda dinc insanın həlak olması ilə nəticələnib.

Bundan başqa, Türkiyədə hökumət və şəxsi təşkilatlar kiberhucumun obyekti olub.


Müəllif: