23 Fevral 2016 13:02
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın məşhur "WikiLeaks" saytı yeni iddia ilə gündəmə gəlib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, sayt ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) dünya liderlərini dinləməsi ilə bağlı yeni material yayımlayıb.

Sayt hesab edir ki, MTA uzun müddət ərzində BMT Baş katibi Pan Gi Munun, Almaniya Kansleri Angela Merkelin, İsrail Baş naziri Binyamin Netanyahunun, İtaliyanın sabiq baş naziri Silvio Berluskonin və Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin telefon danışıqlarınıdinləyib.

Bundan başqa, materialda Yaponiya və Avropa Birliyinin Ümumdünya Ticarət Təşkilatı mövzusunda danışıqlarının dinlənilməsi də yer alıb. Saytın məlumatına görə, BMT baş katibi ilə Almaniya kansleri arasında danışıqlarda əsas müzakirə mövzusu iqlim dəyişikliyi olub. Netanyahu Berluskonidən ABŞ prezidenti Barak Obama ilə əlaqələri qaydasına qoymaq üçün kömək istəyib. Sarkozi isə Berluskonini İtaliya iqtisadiyyatının acınacaqlı vəziyyəti haqqında xəbərdar edib. Saytda yerləşdirilən bəzi sənədlər ən yüksək məxfilik dərəcəsinə malikdir.

Samir


Müəllif:

Oxşar xəbərlər