23 Fevral 2016 15:00
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ankara terrorunu YPG və PKK birgə törədib. Onsuz da YPG də PKK-nın bir qoludur. Buna heç bir şübhəmiz yoxdur".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Baş naziri Əhməd Davudoğlu "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib. O, Türkiyədə hazırki vəziyyətə diqqət çəkib:

"Türkiyənin İraq və Suriya ilə 1300 kilometrlik sərhədi var və ölkəmiz alov ətrafındadır. Bundan başqa digər ölkələrlə də sərhədlərimizi qorumalıyıq. Eyni zamanda, Türkiyədə 2,6 milyon miqrant var".

"Nikbin deyilik"

Davudoğlu Suriyada atəşkəsin əldə olunub-olunmayacağı ilə bağlı sualı cavablandırıb:

"Əlbəttə ki, Suriyada atəşkəs və sülh istəyirik. Bu mövzuda Türkiyə qədər aktiv olan başqa ölkə yoxdur. Ancaq bu məsələdə nikbin deyilik. Çünki bu ana qədər Əsəd rejimi və Rusiya bütün diplomatik müzakirələrdən daha çox insanı öldürmək üçün istifadə edir".

Türkiyənin Suriya xalqına dəstəyi

Türkiyənin Baş naziri deyib ki, Suriya rejimi və havadarlarının qələbə qazandığını demək doğru deyil:

"Əgər Suriya xalqına Türkiyənin dəstəyi yoxdursa, özlərini necə qorudular? Əgər bu gün həqiqi Suriyada mötədil müxalifət varsa, Türkiyənin dəstəyi sayəsindədir. Əgər ötən həftə Rusiyanın İŞİD-i hədəf almayan, əksinə Tel Rıfat, Hələb və Azezə etdiyi 500 uçuşla bombardman etməsinə rəğmən, Suriya xalqı hələ də ordadısa və torpaqlarını qoruyursa, bizim dəstəyimiz sayəsindədir. Biz bu dəstəyi davam etdirəcəyik. Yəni sadəcə qınamırıq, həm də onları dəstəkləyirik".

Samir


Müəllif: