23 Fevral 2016 16:41
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynaya islahatlar yolu ilə getməyə hazır olan effektli parlament və qətiyyətli hökumət lazımdır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Mark Eyro Kiyevdə keçirdiyi mətbuat konfrasında deyib. Onun sözlərinə görə, Avropa Ukraynadakı siyasi vəziyyətdən narahatdır:

"Biz etiraf edirik ki, Ukrayna hökuməti 14 ay ərzində çoxlu islahatlar aparıb. Ancaq görüləcək işlər çoxdur və elə hökumət lazımdır ki, islahatlar üçün qanunlar qəbul edə bilsin".

Qeyd edək ki, Ukrayanın Baş naziri Arsen Yatsenyukun istefası məsələsinin baş tutmaması parlamentdə böhrana səbəb olub. Bəzi fraksiyalar parlamenti tərk edib və bu fraksiyalar olmadan hər hansı qanunun qəbulu üçün səs çoxluğu qazanmaq mümkün deyil.

Ukrayna konstitusiyasına görə, əgər deputatlar növbəti 30 gün müddətində yeni koalisiya yaratmasalar, prezident Radanı buraxa və növbədənkənar seçkilər təyin edə bilər.

Samir


Müəllif:

Oxşar xəbərlər