23 Fevral 2016 16:58
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Rusiya və ABŞ tərəfindən hazırlanan atəşin dayandırılması planına uyğun olaraq, hərbi əməliyyatları dayandırmağa razılaşıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Suriya Xarici İşlər Nazirliyi bənayat yayıb:

"Dəməşq hökuməti terrorçuluğun əleyhinə hərbi səylərin davam etdirilməsi əsasında hərbi əməliyyatları dayandırmağa razıdır ".

Bəyanatda bildirilib ki, Suriya bu vəziyyətdə terrorçuların, silahlı qruplaşmaların Suriya xalqına və ordusuna qarşı hər hansı pozuntusuna görə adekvat cavab vermək hüququnu özündə saxlayır.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Barak Obama arasında dünən baş tutan telefon danışığı zamanı Suriyada atəşin dayandırılması ilə bağlı razılıq əldə edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər