Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) aprelin 1-dən etibarən sərnişin təyyarələrində litium-ion akkumulyatorlarının nəqlinə qadağa tətbiq edəcək. Söhbət baqajdan gedir, qadağa əldə aparılan yükdə akkumulyatorlu qurğulara aid deyil. Qadağa "ICAO"-ya üzv bütün 191 iştirakçı ölkəyə şamil olunur.
"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, baqajda fotoaparat, smartfon və digər elektronikada istifadə edilən akkumulyatorların daşınmasının qadağan edilməsi onların alışa bilməsi təhlükəsinə görə tətbiq edilib.
Qadağa litium-ion akkumulyatorları üçün yeni standart odadavamlı qablaşdırıcı hazırlananadək qüvvədə olacaq.
Müasir sənaye milyardlarla litium-ion batareyası istehsal edir. Onlardan mobil telefon və noutbuklar daxil olmaqla məişət texnikasında, eləcə də digər alətlərdə istifadə olunur.
Müasir, hətta kiçik təyyarələrdə 500-dək litium batareya daşımağın mümkün olmasına baxmayaraq baqaj bölməsində bir reys ilə bəzən on minlərlə belə akkumulyator daşınır.